Ana Sayfa > Karusel / Gündəm > Bakıda şagird müəllimi döyüb

Bakıda şagird müəllimi döyüb


8-04-2022, 22:28. Yazar: Admin

BŞTİ

Bakının Nardaran qəsəbəsi 130 saylı orta məktəbdə şagird müəllimi döyərək xəsarət yetirib.

Qarabaginfo.az bildirir ki, məsələ ilə bağlı məktəbdən APA-ya verilən açıqlamaya görə, məktəbin X sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) ilə həmin məktəbin müəllimi arasında şagirdin dərsə gecikməsinə görə anlaşılmazlıq yaranıb. Dərhal sonra şagirdin valideyni məktəbə dəvət olunub, məsələ aydınlaşdırılıb və müəllimdən üzr istənilib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq isə bildirilib ki, məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparılır.


Geri dön