Ana Sayfa > Karusel / Gündəm > Lüis Suareslə "Fənərbağça" və "Beşiktaş" maraqlanır

Lüis Suareslə "Fənərbağça" və "Beşiktaş" maraqlanır


8-04-2022, 20:47. Yazar: Admin

İspaniyanın "Atletiko" (Madrid) komandasının futbolçusu Luis Suares karyerasını Türkiyədə davam etdirə bilər.

Qarabaginfo.az-ın AS nəşrinə istinadən məlumatına görə, 35 yaşlı uruqvaylı hücumçu ilə "Fənərbağça" və "Beşiktaş" klubları maraqlanır. Onlar təcrübəli forvardın ətrafı ilə təmaslara keçiblər. Hazırda "sarı-lacivərdlilər" Superliqada 3-cü, "Beşiktaş" isə 8-ci yerdə gedir.

Qeyd edək ki, Luis Suares "Atletiko"ya 2020-ci ildə "Barselona"dan 7 milyon avroya keçib. Cari mövsümdə o, La Liqada 29 oyuna 11 qol vurub və 2 məhsuldar ötürmə verib. Suaresin Madrid klubu ilə müqaviləsi mövsümün sonunda bitəcək.


Geri dön