Ana Sayfa > Karusel / Siyasət > Milli Məclisin sabahkı iclasının gündəliyinə 18 məsələ daxil edilib

Milli Məclisin sabahkı iclasının gündəliyinə 18 məsələ daxil edilib


12-03-2020, 10:55. Yazar: Admin

Milli Məclisin sabahkı iclasının gündəliyinə 18 məsələ daxil edilib

"Qarabaginfo" xəbər verir ki, Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Milli Məclisin mətbuat Xidməti Akif Təvəkküloğlu bildirib ki, gündəliyə 18 məsələ daxil edilib.

  Təvəkküloğlu deyib ki, plenar iclasda “Azərbaycan Respublika İnsan Hüquqları üzrə müvəkkili - Ombudsman haqqında”, “Normativ Hüquqi Aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunlarına dəyişiklik edilməsi haqqında (II oxunuş), “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik edilməsi haqqında, “Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri haqqında” qanun layihəsi və Milli Məclisin komitələrinin üzvlərinin seçilməsi barədə məsələlər müzakirəyə çıxarılacaq. APA


Geri dön