Ana Sayfa > Karusel / Gündəm > Avropa Komissiyasının Prezidenti: “Buçada insanlığa hücum olub”

Avropa Komissiyasının Prezidenti: “Buçada insanlığa hücum olub”


8-04-2022, 20:26. Yazar: Admin

Avropa Komissiyasının Prezidenti: “Buçada insanlığa hücum olub”

Səfərimə Buçadan başlamaq vacib idi. Çünki Buçada insanlığa hücum olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen “Twitter“ səhifəsində yazıb.

“Ukrayna xalqına mesajım: bu vəhşilikləri törədənlər məsuliyyətə cəlb olunacaqlar. Sizin mübarizəniz bizim mübarizəmizdir.Mən Avropanın sizin yanınızda olduğunu demək üçün bu gün Kiyevdəyəm”, - Leyen yazıb.

Xatırladaq ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Kiyevdədir.


Geri dön