Ana Sayfa > Karusel / Gündəm > Nazir “Sabirabad Rəqəmsal İnkişaf” layihəsinin təqdimatında iştirak edib
Nazir “Sabirabad Rəqəmsal İnkişaf” layihəsinin təqdimatında iştirak edib8-04-2022, 18:03. Yazar: Admin |
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaş qəbulu ilə əlaqədar Sabirabada səfəri çərçivəsində Milli Məclisin üzvü Kamal Cəfərovla birlikdə “Sabirabad Rəqəmsal İnkişaf” layihəsinin təqdimat mərasimində iştirak edib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) verilən məlumata görə, təqdimatda qeyd olunub ki, RİNN-in dəstəyi ilə həyata keçirilən layihənin məqsədi sabirabadlı gənclərdə rəqəmsal bacarıqların formalaşdırılması və artırılmasına töhfə verməkdir. Bildirilib ki, proqram çərçivəsində pilot olaraq 10 gənc seçiləcək və onlara proqramlaşdırma, dizayn və digər sahələrdə bilik və bacarıqlara yiyələnmək üçün şərait yaradılacaq. Təlimlər Yeni Azərbaycan Partiyasının Sabirabad rayon təşkilatının inzibati binasında keçiriləcək. Qeyd edək ki, iştirak üçün bu link – https://forms.gle/gFRZCxc3XEBtUdLx5 vasitəsilə qeydiyyatdan keçmək mümkündür. Geri dön |