Ana Sayfa > Karusel / Dünya > Britaniya Putinin və Lavrovun qızlarına sanksiya tətbiq edib
Britaniya Putinin və Lavrovun qızlarına sanksiya tətbiq edib8-04-2022, 17:12. Yazar: Admin |
Böyük Britaniya Rusiya Prezidenti Vladimir Putinin və xarici işlər naziri Sergey Lavrovun qızlarına sanksiya tətbiq edib. Qarabaginfo.az xəbər verir ki, yeni sanksiyalara əsasən, Britaniya Rusiya Prezidenti Vladimir Putinin qızları Mariya Vorontsova və Katerina Tixonova, xarici işlər naziri Sergey Lavrovun qızı Yekaterina Vinokurovaya səyahət qadağaları qoyub. Sanksiyalara görə, onların Britaniyadakı aktivləri dondurulacaq. Xarici işlər naziri Liz Trass bu sanksiyalar paketinin Rusiya elitasını və onların ailələrini hədəf aldığını deyib. O bildirib ki, bu sanksiyalar Rusiya iqtisadiyyatını Sovet İttifaqının süqutundan bəri görülməyən miqyasda deqradasiya edir. Xatırladaq ki, Böyük Britaniya martın 25-də Sergey Lavrovun ögey qızı Polina Kovalevaya da sanksiya tətbiq etmişdi. Geri dön |