Ana Sayfa > Karusel / Gündəm > Rusiya və Ermənistan XİN başçıları üçtərəfli bəyanatların icrasını müzakirə edib

Rusiya və Ermənistan XİN başçıları üçtərəfli bəyanatların icrasını müzakirə edib


8-04-2022, 14:53. Yazar: Admin

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Aratat Mirzoyanın görüşündə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatların icrası vəziyyəti müzakirə olunub.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, S.Lavrov üçtərəfli bəyanatların müddəalarının icrasının, o cümlədən Qarabağda sülhməramlıların fəaliyyətinin davam edəcəyini bildirib.

Diplomatlar, həmçinin MDB, Avrasiya İqtisadi İttifaqı və KTMT daxilində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

“İndi Ermənistan KTMT-yə sədrlik edir. Ona görə də bizim öz davranışlarımızı Ermənistanın bu təşkilatın üzvlərinə təqdim etdiyi planlarla müqayisə etməyimiz vacibdir”, - S.Lavrov söyləyib.


Geri dön