Ana Sayfa > Karusel / Kriminal > Polisdən ƏMƏLİYYAT - 10 kq narkotik və silah aşkarlandı
Polisdən ƏMƏLİYYAT - 10 kq narkotik və silah aşkarlandı8-04-2022, 14:48. Yazar: Admin |
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Daxil olan əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı narkotik vasitələrin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsini təşkil edən Saatlı rayon sakinləri Yaşar Cəfərov və tanışı Gülnarə Nəsirova saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqrama yaxın yüksək təsiredici narkotik maddə heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri satmaq məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər.
Geri dön |