Ana Sayfa > Karusel / Region > Rusiya Ukraynada dəmir yolu stansiyasına raket zərbəsi endirib, 30 nəfər ölüb

Rusiya Ukraynada dəmir yolu stansiyasına raket zərbəsi endirib, 30 nəfər ölüb


8-04-2022, 13:05. Yazar: Admin

Rusiya Ukraynada dəmir yolu stansiyasına raket zərbəsi endirib, 30 nəfər ölüb

Rusiya Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərindəki dəmir yolu stansiyasına raket zərbəsi endirib.

Bu barədə vilayətin rəhbəri Pavlo Kirilenko "Telegram" səhifəsində bildirib.

“Raket zərbəsi zamanı minlərlə insan stansiyada olub, çünki Donetsk vilayətinin sakinləri Ukraynanın daha təhlükəsiz bölgələrinə təxliyə edilir”, - o qeyd edib.

Ukrayna mənbələri hadisə zamanı azı 30 nəfərin öldüyünü, 100-ə qədər yaralının olduğunu bildirir.


Geri dön