Ana Sayfa > Karusel / Sosial > 29 nəfərdən 16 min alıb "işə düzəltdi" - TUTULDU
29 nəfərdən 16 min alıb "işə düzəltdi" - TUTULDU8-04-2022, 12:22. Yazar: Admin |
Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini Elman Nuriyevin qanunsuz əməlləri barədə rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciətləri əsasında araşdırma aparılıb.
Biləsuvar rayon prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, araşdırmalarla məlum olub ki, 24 avqust 2021-ci ildən “DOST İş Mərkəzi” MMC-də ictimai işlərə cəlb olunmuş Elman Nuriyevin özünü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin işçisi kimi, yəni özünü vəzifəli şəxs kimi təqdim edib.
Onun dövlət özünəməşğulluq proqramı çərçivəsində iş və ünvanlı dövlət sosial yardımla təmin edəcəyi barədə yalan vədlər verməklə 29 nəfər şəxsdən ümumilikdə 16 min manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsinə, eyni zamanda həmin şəxsləri rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyənləşib.
Geri dön |