Ana Sayfa > Karusel / Siyasət > "Ərdoğan Nobel mükafatına layiqdir" - Çavuşoğlu

"Ərdoğan Nobel mükafatına layiqdir" - Çavuşoğlu


8-04-2022, 10:40. Yazar: Admin

"Rəcəb Tayyib Ərdoğanın sülhə nail olma səylərinə görə Nobel Sülh mükafatına layiq olduğunu düşünürəm".

Qarabaginfo.az T24-ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, prezident Ərdoğanın Ukrayna-Rusiya müharibəsində sülh əldə edəcəyi təqdirdə Nobel mükafatı almasına haqqı çatdığını bildirib.

"Obama Nobel Sülh mükafatına başqa heç nə etmədən Fələstində göstərdiyi səylərə görə layiq görülüb. Əməyinə görə ona mükafat verilib. Amma cənab Prezident qat-qat artıq işlər görüb. Ona görə də o, Nobelə layiqdir”, - deyə Mövlud Çavuşoğlu qeyd edib.


Geri dön