Ana Sayfa > Karusel / Gündəm > Roberto Mançini "Mançester Siti"də saxta müqavilə ilə işləyib

Roberto Mançini "Mançester Siti"də saxta müqavilə ilə işləyib


7-04-2022, 23:57. Yazar: Admin

NUSABALI.com - Cemerlang di Tangan Mancini

İtaliya millisinin baş məşqçisi Roberto Mançini İngiltərənin "Mançester Siti" klubunda işləyərkən maaşının bir hissəsini saxta sənədlərlə alıb.

Qarabaginfo.az "Der Spiegel" nəşrinə istinadən xəbər verir ki, tərəflər vergidən yayınmaq məqsədilə bu vasitəyə əl atıblar. Sözügedən məbləğ ümumilikdə 5,45 milyon funt sterlinq təşkil edib.

Həmçinin, italiyalı baş məşqçi Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubunda saxta sözləşmə ilə məsləhətçi kimi çalışıb. Mançini bu işə görə isə 1,75 milyon funt sterlinq qazanıb.

Qeyd edək ki, Roberto Mançini 2009 - 2013-cü illərdə "Mançester Siti"yə rəhbərlik edib.


Geri dön