Ana Sayfa > Karusel / Gündəm > ABŞ müharibə vaxtı Ukraynaya kəşfiyyat məlumatları ötürdüyünü açıqlayıb

ABŞ müharibə vaxtı Ukraynaya kəşfiyyat məlumatları ötürdüyünü açıqlayıb


7-04-2022, 23:43. Yazar: Admin

ABŞ müharibə vaxtı Ukraynaya kəşfiyyat məlumatları ötürdüyünü açıqlayıb

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilk dəfə açıq şəkildə bəyan edib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə Donbasda əməliyyatlar aparmaq üçün kəşfiyyat məlumatları təqdim edir.

Qarabaginfo.az CNN-ə istinadən xəbər verir ki, o bunu ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı deyib.

O, həmçinin vurğulayıb ki, ABŞ Ukraynanın bölgədə Rusiya hərbçilərinə qarşı hücumlar həyata keçirməsinə mane olmur.

Xatırladaq ki, aprelin 6-da ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Amerika tərəfi Ukraynaya onun ərazisində yerləşən hər bir rus tankı üçün 10 tank əleyhinə sistem vermək niyyətindədir.


Geri dön