Ana Sayfa > Karusel / Gündəm > Yoxlanılmasına icazə verilən sahələr artırılıb
Yoxlanılmasına icazə verilən sahələr artırılıb7-04-2022, 19:20. Yazar: Admin |
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırıldığı müddətdə kənd təsərrüfatı bitkilərinin toxum və əkin materialları, habelə seleksiya nailiyyətləri ilə bağlı “Toxumçuluq haqqında”, “Çayçılıq haqqında”, “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının qanunları və bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş müvafiq tələblərə riayət olunması Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlama aparıla bilər. Qarabaginfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzazalıdı fərmanla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı”nda dəyişiklik edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılıb. Geri dön |