Ana Sayfa > Karusel / Gündəm > Rusiya Kiyevə yenidən hücum edəcək - Generaldan XƏBƏRDARLIQ

Rusiya Kiyevə yenidən hücum edəcək - Generaldan XƏBƏRDARLIQ


7-04-2022, 18:39. Yazar: Admin

Rusiya Kiyevə yenidən hücum edəcək - Generaldan XƏBƏRDARLIQ

“Rusiya qoşunları yaxın zamanlarda Donetsk və Luqansk vilayətlərini bütövlükdə ələ keçirmək niyyətindədir və bundan sonra onlar Kiyevi götürməyə cəhd göstərəcək”.

Qarabagifo.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları komandanlığı qərargahı rəisinin müavini, general Aleksandr Qruzeviç aprelin 7-də keçirdiyi brifinqdə bildirib.

“Düşmən Donetsk və Luqansk vilayətlərini tamamilə nəzarətə götürməyə cəhd edəcək. Bundan sonra onun yenidən Kiyevə hücum edəcəyi gözlənilir. Rəqib bu məqsəddən əl çəkməyib. Təhlükə hələ də qalmaqdadır”, - o vurğulayıb.

A.Qruzeviç deyib ki, hazırda Kiyevdə vəziyyət gərgindir: “Ukrayna hərbçiləri xarici müdafiə dairəsini genişləndirir, rayonlarda təmizlik zamanı diversantları saxlayırlar”.

 


Geri dön