Ana Sayfa > Karusel / Gündəm > Müzakirə edilən yol asfaltlandı - FOTO

Müzakirə edilən yol asfaltlandı - FOTO


7-04-2022, 17:21. Yazar: Admin

Səbail rayonu “20-ci Sahə” adlanan ərazidə müzakirələrə səbəb olan yola asfalt çəkilib.

 

Bu barədə Qarabaginfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

 

A. Nəcəfli bildirib ki, əraziyə asfalt vurulan zaman həmin maşın ərazidə olub və sahibi tapılmadığı üçün belə bir vəziyyət yaranıb:

 

"Artıq məsələ həllini tapıb. Həmin əraziyə asfalt vurulub".

 

Qeyd edək ki, həmin vaxt yolun bir kənarına avtomobil park edilib. Yol təmir edilsə də, avtomobilin parklandığı yer olduğu kimi, qalıb. Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 


Geri dön