Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda son sutkada 25 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda son sutkada 25 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib


7-04-2022, 16:38. Yazar: Admin

Azərbaycanda son sutkada 25 nəfər COVID-19-a yoluxub, 2 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 25 yeni yoluxma faktı qeydə alınıb 61 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 166 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 204 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə sayı 259 nəfərdir.

Ölkədə son sutka ərzində 4 755, hazırkı dövrədək isə 6 731 315 test aparılıb.


Geri dön