Ana Sayfa > Karusel / Gündəm > Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək


7-04-2022, 13:55. Yazar: Admin

Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək

Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək.

Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident günortadan sonra, Rusiya hökumətinin Dövlət Dumasında hesabatı başa çatdıqdan sonra Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirməyi planlaşdırır”, - deyə Peskov əlavə edib.


Geri dön