"Ukraynada döyüşməkdən imtina edən rus əsgərlərinə Avropada sığınacaq verilsin. Üzv ölkələrə bu barədə düşünməyi təklif edirəm".
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Aİ Şurasının prezidenti Şarl Mişel deyib:
"Rus hərbçilərinə səslənirəm, ukraynalı qardaş və bacılarınızın qətlində iştirak etmək, cinayətkar olmaq istəmirsinizsə, silahlarınızı yerə qoyun, döyüşü dayandırın və döyüş meydanını tərk edin".