Ana Sayfa > Karusel / Gündəm > Camal Qaşıqçının ölüm işi bağlandı
Camal Qaşıqçının ölüm işi bağlandı7-04-2022, 11:37. Yazar: Admin |
Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının qətli ilə bağlı iş materiallarına dair yeni qərar verilib. Qərara əsaəsn, materiallar Səudiyyə Ərəbistanına ötürüləcək.
Qarabaginfo.az xəbər verir ki, İstanbul Ağır Cəza Məhkəməsində keçirilən iclasda iş üzrə ittiham oluna n 26 şəxs iştirak etməyib.
Məhkəmə kollegiyası cinayət işi barədə prosesin Türkiyədə dayandırıldığını və prosesin Səudiyyə Ərəbistanının məhkəmə orqanlarına təhvil verildiyini açıqlayıb.
Qeyd edək ki, jurnalist Camal Qaşıqçı, 2 oktyabr 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülüb. Səudiyyə Ərəbistanı Prokurorluğu jurnalist Camal Qaşıqçı cinayətində 8 nəfəri mühakimə edib. Ər-Riyad məhkəməsi Camal Qaşıqçının öldürülməsi ilə bağlı son qərarda 5 nəfərə 20 il, 3 nəfərə 7 ildən 10 ilə kimi həbs cəzası Geri dön |