Ana Sayfa > Karusel / Region > Şarl Mişel Azərbaycan və Ermənistan arasında girov və itkin düşmüş şəxslərlə bağlı problemlərin həllini zəruri hesab edir

Şarl Mişel Azərbaycan və Ermənistan arasında girov və itkin düşmüş şəxslərlə bağlı problemlərin həllini zəruri hesab edir


7-04-2022, 07:50. Yazar: Admin

Şarl Mişel Azərbaycan və Ermənistan arasında girov və itkin düşmüş şəxslərlə bağlı problemlərin həllini zəruri hesab edir

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra bəyanat yayıb.

Bəyanatda tərəflər arasında etimadın möhkəmləndirilməsi məsələsinə də toxunulub.

Şarl Mişel etimad və dinc yanaşı yaşayışı təşviq etmək üçün hər iki tərəfin humanitar jestlərinin vacibliyini vurğulayıb. O, bütün həll edilməmiş humanitar məsələlərin, o cümlədən girovların azad edilməsi və itkin düşmüş şəxslərlə bağlı problemin hərtərəfli və tez həllinin zəruriliyini vurğuladı və Aİ-nin bu səyi dəstəkləməyə hazır olduğunu bildirdi.

Aİ eyni zamanda Azərbaycan və Ermənistan arasında etimadın möhkəmləndirilməsi tədbirlərini, eləcə də humanitar minatəmizləmə səylərini dəstəkləməyə davam edəcək, o cümlədən ekspert məsləhətlərini vermək və maliyyə yardımını artırmaq, münaqişədən zərər çəkən əhaliyə yardım, reabilitasiya və yenidənqurma işlərini davam etdirəcək.


Geri dön