Ana Sayfa > Karusel / Dünya > Şarl Mişel: "Aprelin sonuna kimi Azərbaycan-Ermənistan sərhəd komissiyasının yaradılması qərara alınıb"

Şarl Mişel: "Aprelin sonuna kimi Azərbaycan-Ermənistan sərhəd komissiyasının yaradılması qərara alınıb"


7-04-2022, 07:46. Yazar: Admin

Şarl Mişel: "Aprelin sonuna kimi Azərbaycan-Ermənistan sərhəd komissiyasının yaradılması qərara alınıb"

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra bəyanat yayıb.

Bəyanatda sərhədlərin delimitasiyası məsələsinə də toxunulub.

Qeyd edilib ki, sərhədlərinin delimitasiyası və demarkasiyası vacibdir. Bu məqsədlə 26 noyabr 2021-ci il tarixli Soçi Bəyanatına uyğun olaraq aprelin sonunadək birgə sərhəd komissiyasının çağırılması razılaşdırılıb.

Birgə Sərhəd Komissiyasının mandatı aşağıdakılardan ibarət olacaq:
- Ermənistan və Azərbaycan arasında ikitərəfli sərhədin delimitasiyası,
- sərhəd xətti boyunca və onun yaxınlığında sabitliyi və təhlükəsizliyi təmin etmək.

Şarl Mişel, həmçinin, vurğulayıb ki, qüvvələrin müvafiq məsafədə saxlanmasının təmin edilməsi, insidentlərin qarşısının alınması və gərginliyin azaldılmasının vacib elementidir. Prezident Mişel Aİ-nin məsləhət və dəstək verməyə hazır olduğunu bir daha qeyd edib.


Geri dön