Ana Sayfa > Karusel / Dünya > Finlandiya Rusiyaya məxsus rəsm əsərlərini geri qaytarmayıb

Finlandiya Rusiyaya məxsus rəsm əsərlərini geri qaytarmayıb


7-04-2022, 04:58. Yazar: Admin

Finlandiya Rusiyaya məxsus rəsm əsərlərini geri qaytarmayıb

Finlandiya gömrükçüləri qiymətli sənət əsərlərini Vaalimaa sərhəd məntəqəsində saxlayaraq Rusiyaya keçirilməsinə icazə verməyiblər.

Qarabaginfo.az “Liberation”a istinadla xəbərinə görə, Finlandiya rəsmiləri sanksiyalar çərçivəsində Rusiya muzeylərinə məxsus sənət əsərlərini ölkədən buraxmadıqlarını deyiblər.

Gömrük xidməti bildirib ki, müsadirə olunmuş mallarının dəqiq qiymətini müəyyən etmək çətindir.

Bununla belə, ekspertlər əsərlərin ilkin qiymətləndirməsini apararaq onların 42 milyon avro dəyərində olduğunu bildiriblər. Tabloların böyük əksəriyyəti peterburqdakı Ermitaj muzeyinə məxsusdur və ilin əvvəllindən bir neçə Avropa ölkəsində sərgilənib.

Finlandiya gömrüyü sənət əsərlərinin Rusiyaya göndərilməsinin sanksiya riski yaradacağını iddia edir.


Geri dön