Ana Sayfa > Karusel / Gündəm > Gəncədəki qəzada ana və körpəsi xəsarət alıb

Gəncədəki qəzada ana və körpəsi xəsarət alıb


7-04-2022, 01:15. Yazar: Admin

 Gəncədəki qəzada ana və körpəsi xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.

Hərəkətdə olan "BMW" ilə digər minik maşını toqquşub. Qəza zamanı 1987-ci il təvəllüdlü F.Rzayeva və onun övladı, 2009-cu il təvəllüdlü S.Rzayev xəsarət alaraq xəstəxanaya yerləşdiriblər.

Yaralıların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Geri dön