Ana Sayfa > Karusel / Gündəm > “Bloomberg”: BEA ölkələri qiymətləri sabitləşdirmək üçün 120 milyon barrel neft satacaq
“Bloomberg”: BEA ölkələri qiymətləri sabitləşdirmək üçün 120 milyon barrel neft satacaq6-04-2022, 21:04. Yazar: Admin |
Beynəlxalq Enerji Agentliyinin (BEA) üzvü olan ölkələr bu enerji resursunun qiymətlərini aşağı salmaq üçün öz ehtiyatlarından bazara 120 milyon barel neft göndərəcək. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Agentlik ABŞ-ın töhfəsinin 60 milyon barel olacağını, qalan həcmin isə təşkilata üzv ölkələr arasında bölüşdürüləcəyini yazıb. ABŞ-ın daha əvvəl strateji ehtiyatlarından əlavə 180 milyon barel nefti bazara çıxaracağını elan etdiyini də nəzərə alsaq, Birləşmiş Ştatlar bazara ümumilikdə 240 milyon barel neft çıxaracaq. Təşkilatın mövcud olduğu dövrdə belə qərarlar 1991, 2005, 2011-ci illərdə, həmçinin 2022-ci il martın 1-də qəbul edilib. Ötən dəfə bazara 62,7 milyon barel neft çıxarılıb. Geri dön |