Ana Sayfa > Karusel / İdman > Avropa çempionluğu Rusiyadan alınıb Azərbaycana verildi

Avropa çempionluğu Rusiyadan alınıb Azərbaycana verildi


6-04-2022, 14:19. Yazar: Admin

Dünya Güləş Birliyi 2017-ci il Avropa çempionluğunu sərbəst güləş üzrə Rusiya millisindən alaraq, Azərbaycana verib.

 

Bu barədə Qarabaqinfo.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, qərar bir müddət öncə verilib: “Rusiyanın 97 kq çəki dərəcəsində mübarizə aparan idmançısı Anzor Boltukayev dopinqə yaxalandığı üçün bu cür qərar verilib. Komandanın hesabından 9 xal silinib və çempionluq Azərbaycana verilib”.

 

Qeyd edək ki, Serbiyanın Novi Sad şəhərində keçirilən turnirdə komandanmızın baş məşqçisi Firdovsi Umudov olub. 


Geri dön