Ana Sayfa > Karusel / Gündəm > Hindistan Rusiyaya uçuşları dayandırdı

Hindistan Rusiyaya uçuşları dayandırdı


6-04-2022, 14:09. Yazar: Admin

Hindistanın "Air India" aviaşirkəti Dehli-Moskva-Dehli marşrutu üzrə uçuşları dayandırıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Hindistandakı səfirliyi məlumat yayıb.

 

"Hörmətli həmvətənlər, diqqətinizə çatdırırıq ki, Hindistanın "Air India" aviaşirkəti Dehli-Moskva-Dehli marşrutu üzrə bilet satışını dayandırıb, aviaşirkətin Rusiyaya uçuşlarının bərpası perspektivləri hazırda qeyri-müəyyəndir. "Air India" ofisinin məlumatına görə, Sərnişinlər ləğv edilmiş reyslərə görə pulu tam şəkildə geri almaq hüququna malikdirlər”, - deyə Rusiya səfirliyinin Telegram kanalında bildirilib.

 

Qeyd olunub ki, hazırda Daşkənd, İstanbul, Dubay, Əbu-Dabi, Doha və digər istiqamətlər üzrə Hindistandan Rusiyaya tranzit marşrutlardan istifadə etmək mümkündür.


Geri dön