Ana Sayfa > Karusel / Hadisə > Qadını öldürüb intihar edən keçmiş əri olub - PROKURORLUQ

Qadını öldürüb intihar edən keçmiş əri olub - PROKURORLUQ


6-04-2022, 13:58. Yazar: Admin

Aprelin 6-sı Sabunçu rayonu ərazisində 1997-ci il təvəllüdlü Misli Xəlilova və 1978-ci il təvəllüdlü Rasim Xəlilovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Sabunçu rayon prokurorluğundan Qarabaqinfo.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla Misli Xəlilovanın keçmiş əri Rasim Xəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahla atəş açaraq Misli Xəlilovanı qəsdən öldürməsinə, daha sonra özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır. 

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Geri dön