Ana Sayfa > Karusel / Sosial > Qeyri-neft sektoru üzrə ixrac ARTIB

Qeyri-neft sektoru üzrə ixrac ARTIB


6-04-2022, 13:43. Yazar: Admin

2022-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanın ixracı 8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 727,2 mln. ABŞ dolları təşkil edib.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Qarabaqinfo.az-a verilən məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 225,6 mln. ABŞ dolları və ya 45% artıb.

 

2022-ci ilin yanvar-mart ayları ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 28,5% artaraq 124,9 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 10 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 63,9%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 48,7%, pambıq iplik ixracı 29,3%, pambıq lifi ixracı isə 5,6% artıb.

 

2022-ci ilin mart ayı üzrə ixrac 2 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 55,9% təşkil etməklə 265,5 mln ABŞ dolları olub. 2022-ci ilin mart ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 13,6% artaraq 48,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 70,1% artaraq 216,7 milyon ABŞ dolları təşkil edib.


Geri dön