Ana Sayfa > Karusel / Gündəm > Çağırılmadığı toyda yeyib-içdi - Qonaqların telefonunu oğurladı

Çağırılmadığı toyda yeyib-içdi - Qonaqların telefonunu oğurladı


6-04-2022, 12:43. Yazar: Admin

 

Çağırılmadığı toyda yeyib-içdi

Gəncədə şadlıq sarayından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Goranboy sakini Vahid Dadaşov dəvət edilmədiyi halda şadlıq sarayına qonaq qismində gəlib.

Orada spirtli içki qəbul etdikdən sonra digər qonaqlara məxsus, ümumi dəyəri 500 manat olan 2 ədəd mobil telefonu oğurlayıb. Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 



 


Geri dön