Ana Sayfa > Karusel / Dünya > Peru prezidenti ölkədə komendant saatını ləğv edib
Peru prezidenti ölkədə komendant saatını ləğv edib6-04-2022, 07:42. Yazar: Admin |
Peru prezidenti Pedro Kastilyo paytaxt Limada komendant saatını ləğv edib. Bu barədə Cənubi Amerika Respublikası hökumətinin rəsmi nəşri olan “El Peruano” qəzeti məlumat yayıb. “Sizə bildirməliyəm ki, biz bu andan etibarən komendant saatı etibarsız sayılır. Peru xalqını sakitləşməyə çağırırıq”, - deyə dövlət başçısı bildirib. Komendant saatının ləğvi ilə əlaqədar Cənubi Amerika Futbol Konfederasiyası Limanın “Sportinq Kristal” və Rio-de-Janeyrodan “Flamenqo” klubları arasında keçiriləcək Libertadores Kubokunun qrup mərhələsinin görüşü baş tutacaq. Qeyd edək ki, ölkədə yanacağın və gübrənin artmasına qarşı etiraz aksiyaları keçirilirdi. Ölkədəki etirazlar artıq ikinci həftədir və yerlərdə zorakılıq və polislə toqquşmalara səbəb olub. Hökumətin məlumatına görə, etirazlar zamanı dörd nəfər ölüb. Geri dön |