Ana Sayfa > Karusel / Dünya > ABŞ Ukraynaya kibertəhlükəsizliyi gücləndirməyə kömək edir - Pentaqon
ABŞ Ukraynaya kibertəhlükəsizliyi gücləndirməyə kömək edir - Pentaqon6-04-2022, 07:30. Yazar: Admin |
ABŞ Rusiyanın hərbi müdaxiləsi zamanı Ukraynaya kibertəhlükəsizliyini gücləndirməyə kömək edir. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Kiber Komandanlığının rəhbəri general Pol Nakasone deyib. Onun sözlərinə görə, ABŞ Kiber Komandanlığı indiki Rusiya-Ukrayna böhranına operativ reaksiya verir. Nakasone əlavə edib ki, ABŞ Kiber Komandanlığının səyləri artıq həm ABŞ-ın, həm də Ukraynanın müdafiə qabiliyyətini artırıb. General, həmçinin bildirib ki, komandanlıq Ukraynadakı vəziyyət fonunda infrastruktur sektorlarında təhlükəsizliyin gücləndirilməsinin zəruriliyi barədə dərhal ABŞ hökumətinə məlumat verib. Geri dön |