Ana Sayfa > Karusel / Gündəm > Rusiya FIFA-nın qərarına qarşı verdiyi şikayəti geri götürdü
Rusiya FIFA-nın qərarına qarşı verdiyi şikayəti geri götürdü6-04-2022, 01:56. Yazar: Admin |
Rusiya Futbol Federasiyası (RFF) FIFA-nın 2022-ci il dünya çempionatının Avropa təsnifat mərhələsinin pley-off turnirindən xaric edilməsi ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) verdiyi şikayəti geri götürüb. Qarabaginfo.az xəbər verir ki, bu barədə CAS açıqlama yayıb.
Bildirilib ki, RFF UEFA-nın Rusiya klubları və milli komandalarına qadağası ilə bağlı mübarizəni davam etdirəcək. Açıqlamada, həmçinin, Rusiyanın buz konkisürmə, biatlon, gimnastika, avarçəkmə və reqbi idman növlərinin bağlı olduğu beynəlxalq federasiyalar tərəfindən tətbiq edilən qadağaların ləğvi üçün müraciət etdiyi açıqlanıb. Geri dön |