Ana Sayfa > Karusel / Gündəm > Çempionlar Liqası: 1/4 final mərhələsi İngiltərə klublarının qələbəsi ilə başlayıb

Çempionlar Liqası: 1/4 final mərhələsi İngiltərə klublarının qələbəsi ilə başlayıb


6-04-2022, 01:11. Yazar: Admin

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Qarabaginfo.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

İspaniyanın "Atletiko" (Madrid) klubu İngiltərədə "Mançester Siti"nin qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 70-ci dəqiqədə Kevin De Brüyne vurub.

Gecənin digər matçında Portuqaliya İngiltərə "Liverpul"u Portuqaliyada "Benfika" ilə qarşılaşıb. Bu oyunda da İngiltərə təmsilçisi qalib gəlib - 3:1. Qonaqların heyətində 17-ci dəqiqədə İbrahima Konate, 34-cü dəqiqədə Sadio Mane və 87-ci dəqiqədə Luis Dias fərqlənib. Lissabon təmsilçisinin yeganə qoluna isə 49-cu dəqiqədə Darvin Nunyes imza atıb.

Komandalar arasında cavab görüşləri aprelin 13-də oynanılacaq.

Çempionlar Liqası, 1/4 final

İlk oyunlar

5 aprel

23:00. "Mançester Siti" (İngiltərə) - "Atletiko" Madrid (İspaniya) - 1:0

Qol: Kevin De Brüyne, 70

Baş hakim: İştvan Kovaç (Rumıniya)

23:00. "Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə) - 1:3
Qollar: 
Darvin Nunyes, 49 - İbrahima Konate, 17. Sadio Mane, 34

Baş hakim: Xesus Hil Mansano (İspaniya)

Qeyd edək ki, bu mərhələnin digər iki ilk oyunu aprelin 6-da gerçəkləşəcək.

 


Geri dön