Ana Sayfa > Karusel / Gündəm > Əsgəri döyən hərbçi xidmətdən xaric edilib - RƏSMİ
Əsgəri döyən hərbçi xidmətdən xaric edilib - RƏSMİ6-04-2022, 00:42. Yazar: Admin |
Azərbaycanda əsgərin döyülməsini əks etdirən görüntülər yayılıb. Videonun Daxili Qoşunların N saylı hərbi-hissələrindən birində çəkildiyi bildirilib. Qarabaginfo.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib ki, hadisə baş verdikdən sonra nazirlik tərəfindən xidməti yoxlama aparılıb. Onun sözlərinə görə, Daxili Qoşunların N saylı hərbi-hissələrindən birində əsgərin döyülməsi ilə bağlı yayılmış videogörüntülər ötən il qeydə alınıb. "Fakt təsdiqini tapdığına görə həmin hərbçi daxili işlər orqanlarından xidmətdən xaric edilib. Faktla bağlı toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Hərbi Prokurorluğa göndərilməsi təmin ediləcək”, - deyə DİN rəsmisi vurğulayıb. Geri dön |