Ana Sayfa > Karusel / Gündəm > Kreml Paşinyanı çevrilişlə hədələyir
Kreml Paşinyanı çevrilişlə hədələyir5-04-2022, 23:24. Yazar: Admin |
Rusiya Brüssel görüşündə sülh anlaşmasının Paşinyan hakimiyyəti üçün çevrilişlə nəticələnə biləcəyinin mesajını verdi; Kremlin nəzarətində olan Ermənistanın revanşist siyasi qüvvələri artıq hərəkətə gətirilib... Qarabaginfo.az xəbər verir ki, Cənubi Qafqaz üçün olduqca vacib geopolitik proseslər cərəyan edir. Bu regionda özünü hegemon dövlət hesab edən Rusiya hazırda Ukrayna savaşında məğlub durumdadır. Eyni zamanda, Rusiyanın beynəlxalq maliyyə-iqtisadi sanksiyalara məruz qalmasından sonra Kreml hər ötən gün daha da zəifləyir, iqtisadiyyatı çökmək üzrədir. Və böyük ehtimalla yaxın gələcəkdə Rusiya həm dünyada, həm də Cənubi Qafqaz regionunda öz təsir gücünü ciddi şəkildə itirmək taleyi ilə barışmaq məcburiyyətində qala bilər. Təbii ki, belə vəziyyət Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərin inkişaf istiqamətlərinə də təsirsiz ötüşə bilməz. Hər halda, bu regionda geopolitik, geostrateji və geoiqtisadi maraqları olan dünya nəhəngləri mövcud situasiyadan faydalanmağa çalışacaqlar. Bu baxımdan, Cənubi Qafqaz uğrunda mübarizənin intensivləşə biləcəyi ilə bağlı ehtimallar indi daha aktualdır. Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazın gələcək taleyinin müəyyən olunmasında regionun lider dövləti olan Azərbaycanın geosiyasi iradəsi alternativsiz faktor rolunu oynayır. İndi regionda maraqları olan bütün dövlətlər istər-istəməz rəsmi Bakı ilə daha yaxşı anlaşmağa cəhd göstərməyə məcburdurlar. Əks halda, rəsmi Bakı Azərbaycanın strateji müttəfiqi Türkiyə ilə ortaq şəkildə Cənubi Qafqazla bağlı yanlış niyyətlərə düşənləri bloklamaq patensialını işə sala bilər. Maraqlıdır ki, bəzi Qərb siyasi dairələri hazırda Ermənistan üzərindən Cənubi Qafqazda gərginlik yaratmağa cəhd göstərirlər. Halbuki, Cənubi Qafqazda qüvvələr nisbəti bütün istiqamətlər üzrə Azərbaycanın xeyrinə olduğundan həmin siyasi dairələrin uğur qazanma ehtimalı ciddi şübhələr doğurur. Və belə vəziyyətdə Ermənistan müttəfiq statusu üçün bu regionda tamamilə yararsız, perspektivsiz dövlətdir. Digər tərəfdən, rəsmi İrəvanın “sürüşkən xarici siyasət kursu” da Qərb siyasi dairələri üçün önəmli məyusluq faktorudur. Hərbi-siyasi potensialı olmayan, iqtisadiyyatı çökmüş, maliyyə cəhətdən xarici kreditlərdən və erməni diasporunun ianələrinə möhtac qalmış Ermənistanın indi heç özünə də hər hansı faydası ola bilməz. Və rəsmi İrəvan hazırda hansı tərəfə çevrilsə də, son nəticədə Azərbaycanın maraqlarını icra etməyə məcburdur. Təbii ki, bütün bunları nəzərə aldıqda, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşayan arasında aprelin 6-da Brüsseldə keçiriləcək görüş böyük önəm daşıyır. Hər halda, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək bu görüş Ermənistanın gələcək taleyi baxımından, həlledici xarakter daşıya bilər. Və bunu təsdiqləyən bir çox önəmli səbəblər də var. Məsələ ondadır ki, Ermənistan Rusiyanın hərbi müttəfiqi və regional for-postudur. Son 30 ildə Ermənistanın Cənubi Qafqazda mövcudluğu məhz bu faktor sayəsində təmin olunurdu. Ancaq indi həm dünyada, həm də regionda geopolitin şərtlər ciddi şəkildə dəyişib. Ukrayna savaşı Kremli ciddi şəkildə zəiflədib, hətta maliyyə-iqtisadi sanksiyalar hazırda Rusiyanı süquta doğru sürükləyir. Təbii ki, belə vəziyyətdə rəsmi İrəvan Ermənistanın Rusiya ilə hərbi müttəfiqliyindən və regional for-post statusundan qətiyyən məmnun deyil. Əksinə, Ermənistanı qorumaq üçün Qərbdə yeni müttəfiq axtarışına başladığını da artıq gizlətməkdə çətinlik çəkir. Və Qərblə Rusiya arasında ikibaşlı oyunlar rəsmi İrəvana əlavə problemlər yaradır. Çünki Ermənistanın ikibaşlı oyunlar üçün real hərbi-siyasi və maliyyə-iqtisadi potensialı mövcud deyil. Ermənistan həm Rusiyadan, həm də Qərbdən asılı vəziyyətdə olduğundan balans siyasəti qurmaq imkanlarından da məhrumdur. Yəni, Kremli qıcıqlandırdıqda, hərbi-siyasi təzyiqlərlə, Qərbi incik saldıqdasa, maliyyə problemləri ilə üzləşmək təhlükəsi yaşayır. Azərbaycanın Ermənistanı blokada şəraitində saxlaması isə rəsmi İrəvanı daha da aciz duruma salır. Göründüyü kimi, Brüssel görüşündə Ermənistan baş naziri N.Paşinyanın xarici himayədarlara tam güvənmək şansları qətiyyən ümidverici məzmun daşımır. Əksinə, Brüssel görüşü barədə ilkin məlumatlar yayıldıqdan sonra dərhal Rusiyanın təzyiqləri ilə üzləşməkdədir. Prezident Vladimir Putinin gözlənilmədiyi halda, erməni baş naziri ardıcıl olaraq, üç dəfə zəng etməsi də bunu təsdiqləyir. Kremldə anlayırlar ki, ilk Brüssel görüşünün əsas təşəbbüskarı olan baş nazir N.Paşinyana güvənmək mümkün deyil. Yəni, erməni baş nazir Qərbdən alacağı ilk vədlərdən dərhal sonra Rusiyaya arxa çevirməyə hazırdır. Şübhəsiz ki, Kreml bu reallığı anladığı üçün artıq ehtiyat addımların atılmasına da başlayıb. Belə ki, Brüssel görüşü ərəfəsində Rusiyanın təsir dairəsində olan Ermənistanın revanşist siyasi düşərgəsi kütləvi aksiyalara başladığını elan edib. Bunun səbəbini isə məhz erməni baş nazirin Brüsseldə bir sıra güzəştlərə gedə biləcəyi ilə arqumentləşdirməyə çalışır. Digər tərəfdən, Paşinyan hakimiyyətinə yaxın şəxslər də Ermənistan cəmiyyətinə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə alternativin olmadığını təblig etməklə, həmin arqumentlərə haqq qazandırmış olurlar. Əsas iddialar ondan ibarətdir ki, Paşinyan hakimiyyəti artıq “artsax” barədə düşünmür, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti dislikasiya olunduğu Azərbaycan ərazisində yaşayan ermənilərdən xilas olmağa çalışır. Əvəzindəsə, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırıb, iqtisadi-ticari əlaqələr qurmağa can atır. Maraqlıdır ki, Ermənistan revanşistləri Brüsseldə rəsmi Bakıya güzəşt ediləcəyi təqdirdə, Paşinyan hakimiyyətinin dəyişdirilməsi üçün həlledici mübarizəyə başlayacaqları ilə hədələyirlər. Bu isə böyük ehtimalla Kremlin Paşinyan hakimiyyətinə açıq mesajıdır. Çünki, Kremldə anlayırlar ki, Qərb siyasi dairələri Cənubi Qafqazda sülh prosesini Rusiyanın nəzarətindən çıxartmaq niyyətindədirlər. Məsələ ondadır ki, əgər, Qərb siyasi dairələri Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına nail olarlarsa, bu, ilk növbədə Rusiyanın Cənubi Qafqaz regionundakı maraqlarına ağır zərbə vurulması anlamına gələ bilər. Hər halda, iki Cənubi Qafqaz ölkəsi arasında sülh sazişindən sonra Rusiyanın geopolitik iradəsinə regionda elə bir ehtiyac qalmayacaq. Yəni, bu proses yalnız Rusiya sülhməramlı qüvvələrinin Xankəndi və ətraf bölgədən çıxarılması ilə deyil, həm də ümumiyyətlə, Cənubi Qafqazın Kremlin nəzarətindən çıxarılmasıyla da yekunlaşa bilər. Ona görə də, Rusiya Brüssel görüşünün uğursuz olmasında birbaşa maraqlı dövlət kimi görünür. Hazırda Kreml Azərbaycan və Ermənistan arasında gərginliyin daha da artırılmasında daha maraqlıdır. Regional gərginlik Kreml üçün Cənubi Qazqazda Rusiyanın hegemon mövqelərini qoruya bilməsi baxımından, vazkeçilməz faktor rolunu oynayır. Ancaq Kremlin maraqlarının icrasında yer alması Ermənistan üçün də ciddi problemlər vəd edir. Çünki rəsmi Bakı indiki situasiyanın uzun müddət davam etməsinə səbir göstərmək niyyətində deyil. Rəsmi Bakı Azərbaycan bütün əraziləri üzərində öz siyasi iradəsini tam şəkildə təmin etməkdə israrlıdır. Bu isə o deməkdir ki, rəsmi İrəvan Azərbaycanın təklif etdiyi beş şərt üzrə sülh sazişi imzalanmasını uzadarsa, Ermənistana qarşı konkret addımlar atıla bilər. Və bu halda, Rusiyanın Ermənistanı nə qədər qoruya biləcəyi də maraq doğurur. Belə anlaşılır ki, Brüsselə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşə gedən Ermənistan baş naziri Nikol Paşinyan olduqca taleyüklü seçim qarşısındadır. İndi erməni baş nazir Azərbaycan və Türkiyə ilə anlaşmağın Ermənistana vəd etdiyi inkişaf perspektivlərini hesablamağı bacarmalıdır. Əks halda, Rusiyanın təhriki ilə sülh sazişinin imzalanması prosesindən yayınmaq Ermənsitanı növbəti dəfə Azərbaycanın “dəmir yumruğu” ilə üzləşdirə bilər. Bunlardan hansının Ermənsitana daha sərfəli ola biləcəyini isə məhz erməni baş nazir müəyyən etməlidir. Geri dön |