Ana Sayfa > Karusel / Gündəm > Lavrov: "Qərb Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır"
Lavrov: "Qərb Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır"5-04-2022, 22:28. Yazar: Admin |
Qərb Buça ətrafında isterikanı qızışdıraraq İstanbulda irəliləyiş əldə olunduğu Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır. Qarabaginfo.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Buçadakı təxribat Ukraynanın o cümlədən Krımla bağlı mümkün sülh müddəalarını ilk dəfə kağıza köçürdüyü zaman baş verib. Lavrov İstanbulda Ukrayna ilə danışıqlardan sonra yerlərdə gərginliyin azaldılmasının Rusiya Federasiyasının xoşməramlı jesti oıduğunu söyləyib: “Rusiya Ukrayna ilə danışıqlar masası arxasında vicdanlı və ardıcıl işləməyə hazırdır”. Geri dön |