Ana Sayfa > Karusel / Region > Rumıniya 10 rus diplomatını arzuolunmaz şəxs elan edib

Rumıniya 10 rus diplomatını arzuolunmaz şəxs elan edib


5-04-2022, 20:54. Yazar: Admin

Rumıniya 10 rus diplomatını arzuolunmaz şəxs elan edib

Rumıniya hakimiyyəti Rusiyanın Buxarestdəki səfirliyinin 10 əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Rumıniya hakimiyyəti Rusiya Federasiyasının Buxarestdəki səfirliyində çalışan 10 nəfəri arzuolunmaz şəxs elan edib. Onların hərəkət və fəaliyyətləri 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına ziddir”, - deyə nazirlik bildirib.


Geri dön