Ana Sayfa > Karusel / Gündəm > Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi oldu
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi oldu5-04-2022, 19:10. Yazar: Admin |
Rusiya və Ukrayna hərbi əsirlərin mübadiləsini həyata keçiriblər. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın insan hüquqları üzrə vəkili Tatyana Moskalkova bildirib. O, hər iki tərəfdən 86 əsirin təhvil verildiyini deyib. Onun sözlərinə görə, siyahıda “Rosatom” Dövlət Korporasiyasının 4 əməkdaşı da olub. Lakin sonradan onların adı siyahıdan çıxarılıb. Ukrayna tərəfi Korporasiyanın əməkdaşları ilə dəyişdiriləcək mülki şəxslərin siyahısını T.Moskalkovaya verib. Ombudsman rusiyalı əsirlər arasında onlarla dənizçinin də olduğunu bildirib. Bundan əlavə, o, 90 yük maşını sürücüsünün də Rusiyaya qayıtması ilə bağlı iş aparıldığını qeyd edib. Geri dön |