Ana Sayfa > Karusel / Gündəm > Türkiyə Buçada törədilən qətliamla bağlı çağırış edib

Türkiyə Buçada törədilən qətliamla bağlı çağırış edib


5-04-2022, 18:55. Yazar: Admin

Türkiyə Buçada törədilən qətliamla bağlı çağırış edib

Buçada küçələrdə əlləri bağlı şəkildə öldürülmüş insanlar, kütləvi məzarlıqlar peyda olunması, müxtəlif yerlərdə törədilən qırğınlar, uşaqların, qadınların, qocaların və dinc əhalinin qətlə yetirilməsini təsdiqləyən görüntülər son dərəcə böyük bir fəlakətdir.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı Ukraynanın Buça şəhərində dinc sakinlərin kütləvi qətliamı ilə nəticələnən hadisə barədə deyib.

O qeyd edib ki, bu qeyri-insani, müharibə qanunlarına uyğun olmayan əməllər araşdırmalı, günahkarlar müəyyən edilməlidir.


Geri dön