Ana Sayfa > Karusel / Gündəm > İsrailə uçuşların sayı artırılır - Daha iki aviaşirkət Bakıya gələcək

İsrailə uçuşların sayı artırılır - Daha iki aviaşirkət Bakıya gələcək


5-04-2022, 18:37. Yazar: Admin

İsrailə uçuşların sayı artırılır

Bu gün AZAL prezidenti Cahangir Əsgərovun və  İsrailin turizm naziri Yoel Razvozovun görüşü keçirilib.

AZAL-dan bildirilib ki, AZAL prezidenti və İsrailin turizm naziri yüksək tələbatla əlaqədar iki ölkə arasında birbaşa reyslərin sayının artırılması imkanları barədə fikir mübadiləsi aparıblar.

“COVİD-19-la bağlı bir sıra məhdudiyyətlərin yumşaldılmasından sonra İsrail Azərbaycan aviaşirkətinin müntəzəm uçuşları bərpa etdiyi ilk istiqamətlərdən biri olub. Hazırda AZAL  aviaşirkəti Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlar yerinə yetirir”, - deyə Cahangir Əsgərov bildirib.

Görüşün yekunları üzrə AZAL-ın yay uçuş cədvəli çərçivəsində Təl-Əvivə reyslərin sayını həftədə 5 dəfəyə qədər artıracağı barədə qərar qəbul edilib.

Cahangir Əsgərovun sözlərinə görə, İsrailin “İsrair Airlines” və “Arkia” aviaşirkətlərinə də Bakıya müntəzəm reyslərin yerinə yetirilməsi üçün icazə verilib.


Geri dön