Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda daha 36 nəfər COVID-19-a yoluxub 2 nəfər vəfat edib
Azərbaycanda daha 36 nəfər COVID-19-a yoluxub 2 nəfər vəfat edib5-04-2022, 16:40. Yazar: Admin |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 792 103 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 084 nəfər müalicə olunaraq sağalıb, 9 700 nəfər vəfat edib, aktiv xəstə sayı 319 nəfərdir. Ölkədə son sutka ərzində 4 867, hazırkı dövrədək isə 6 721 330 test aparılıb. Geri dön |