Ana Sayfa > Karusel / Gündəm > Paşinyan-Əliyev görüşü ilə bağlı bəyanat VERİLƏCƏK

Paşinyan-Əliyev görüşü ilə bağlı bəyanat VERİLƏCƏK


5-04-2022, 16:18. Yazar: Admin

Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə planlaşdırılan sabahkı görüşü ilə bağlı mühüm bəyanat gözlənilir.

Qarabaginfo.az xəbər verir ki, Polşa səfiri Pavel Çeplak bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

Ermənistanın baş naziri ilə Azərbaycan prezidenti arasında Brüsseldə gözlənilən danışıqları şərh edən səfirin sözlərinə görə, gözlənilən bəyanatı ATƏT-in Vyanadan olan mətbuat katibi səsləndirəcək.


"Razılığa əsasən, ilk bəyanatı ATƏT nümayəndəsi verəcək və ümid edirəm ki, bu, müsbət olacaq. İndiki mərhələdə nəsə vəd etmək qeyri-real olardı. Bəyanatı gözləyək", - diplomat bildirib.

O, Ermənistan və Azərbaycan liderləri - Nikol Paşinyan və İlham Əliyev arasında danışıqların gündəliyində duran məsələləri dəqiqləşdirməyib.

Çeplakın sözlərinə görə, İrəvan və Bakıda müzakirə olunan məsələlərin heç də hamısı ictimaiyyətə açıq olmayıb.

Eyni zamanda o əlavə edib ki, Ermənistan baş nazirinin bu yaxınlarda İrəvanda Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Zbiqnev Rau ilə görüşündə şəxsən iştirak edib. Diplomatın qeyd etdiyi kimi, söhbət kifayət qədər səmimi olub.

“Baş nazir Nikol Paşinyan bizdən təkliflər eşitmək istədi, o, aydın cavab aldı”, - səfir bildirib.

Hansı təkliflərin müzakirə edildiyini Çeplak açıqlamayıb. Səfir əlavə edib ki, ATƏT-in Minsk Qrupunun formatının bərpası məsələsi Ermənistan və Azərbaycanla müzakirə olunub.

Xatırladaq ki, aprelin 6-da Belçikanın paytaxtında Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişel arasında birgə görüş keçiriləcək.

Ermənistan hökumətinin başçısı bəyan edib ki, sülh danışıqlarının başlanması ilə bağlı Azərbaycan prezidenti ilə razılaşmaq niyyətindədir.


Geri dön