Ana Sayfa > Karusel / Gündəm > Erməni siyasi xadim: “Qarabağda vəziyyət gərgin olaraq qalır, heç bir dəyişiklik yoxdur”
Erməni siyasi xadim: “Qarabağda vəziyyət gərgin olaraq qalır, heç bir dəyişiklik yoxdur”5-04-2022, 12:36. Yazar: Admin |
“İlk növbədə bizim ümumi milli ideologiyamız olmalıdır, müxalifət, hökumət, ordu və siyasətçilər ümumi təhlükəsizlik siyasəti aparmalıdırlar”.
Qarabaginfo.az xəbər verir ki, bunu erməni siyasi xadim Seyran Hayrapetyan deyib.
Onun sözlərinə görə, Laçın dəhlizi, hətta üçtərəfli bəyanatda belə, dəhliz kimi qeyd olunub, onun bağlanması yeni münaqişədir. “Belə bir məsələ müzakirə olunmur, biz bu məntiqdən çıxmaq, düzgün siyasət aparmaq üçün hər şeyi etməliyik”, - deyə Hayrapetyan qeyd edib. Digər bir erməni siyasi xadim Artur Harutyunyan bildirib ki, Laçın dəhlizi ilə Zəngəzur yolununu bir-birinə bağlayan, biri digərinə kompromis olan variant müzakirə olunmur.(ordu.az) O qeyd edib ki, Qarabağda vəziyyət gərgin olaraq qalır, heç bir dəyişiklik yoxdur, lakin danışıqlar davam edir. Geri dön |