Ana Sayfa > Karusel / Gündəm > Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində 10 nəfər ölüb
Ukraynanın Nikolayev şəhərinin atəşə tutulması nəticəsində 10 nəfər ölüb4-04-2022, 23:57. Yazar: Admin |
Bu gün Rusiya ordusunun Nikolayev şəhərini atəşə tutması nəticəsində 10 müşki şəxs həlak olub, 46 nəfər yaralanıb. Qarabaginfo.az-ın UNİAN-a istinadla xəbərinə görə, bunu Ukraynanın Nikolayev şəhərinin meri Aleksandr Senkeviç bildirib. “Bu gün səhər saat 7-də şəhərin yaşayış olan rayonu yenidən atəşə tutulub. Burada heç bir hərbi obyekt, zavod və ya yanacaq anbarı yoxdur. 1 nəfər həlak oldu, 5 nəfər yaralandı. Ərazi axşam yenidən atəşə tutuldu. Bu hücum zamanı 9 nəfər ölüb, 41 nəfər yaralanıb. Bəzi yaralıların vəziyyəti ağır olduğundan ölənlərin sayı arta bilər” – deyə şəhər rəhbəri bildirib. Senkeviç əlavə edib ki, Rusiya ordusu şəhərdə kaset silahlar tətbiq edib. Geri dön |