Ana Sayfa > Karusel / Gündəm > AYİB Ukrayna və Rusiyaya dair proqnozunu aşağı salıb
AYİB Ukrayna və Rusiyaya dair proqnozunu aşağı salıb4-04-2022, 21:00. Yazar: Admin |
Avropa Yenidənqurma və Inkişaf Bankı (AYİB) Ukrayna və Rusiyaya dair proqnozuna dəyişiklik edib. Qarabaginfo.az-ın boursier.com saytına istinadla xəbərinə görə, bank əvvəlki proqnozunda bu il Ukraynada 3,5, Rusiyada isə 3% artım proqnozlaşdırmışdı. Son dəyərləndirmədən sonra bu il Ukraynada ümumi daxili məhsulun 20% azalacağı göstərilir. Bankın mütəxəssislərinin fikrincə, Ukrayna 1970-ci ildən sonra ən ciddi tənəzzüllə üz-üzədir. Lakin gələn il üçün Ukraynada 23% artım gözlənilir. Bank sanksiya məngənəsində sıxılan Rusiya iqtisadiyyatının bu il azı 10% geriləyəcəyini ehtimal edir. 2023-cü ildə isə 0% həddində artım gözlənilir. Federasiyada inkişafın 2024-cü ildə başlayacağı ehtimal olunur. Geri dön |