Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Türkiyə və Qazaxıstan Prezidentləri telefon danışığı aparıb
Ana Sayfa > Karusel / Gündəm > Türkiyə və Qazaxıstan Prezidentləri telefon danışığı aparıb

Türkiyə və Qazaxıstan Prezidentləri telefon danışığı aparıb


4-04-2022, 20:47. Yazar: Admin

Tokayev-Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Türkiyə-Qazaxıstan əlaqələrinin gücləndirilməsi istiqamətində atılan addımlar və regional hadisələr, xüsusilə Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

Bundan əlavə, Türkiyə Prezidenti Rusiya-Ukrayna müharibəsi səbəbindən Şərq-Qərb marşrutu üzrə Xəzər dənizindən keçən Orta Dəhlizinin inkişafına ehtiyacın artdığını qeyd edib.


Geri dön