Ana Sayfa > Karusel / Gündəm > FHN daha bir qanunsuz tikintinin qarşısını aldı

FHN daha bir qanunsuz tikintinin qarşısını aldı


4-04-2022, 19:00. Yazar: Admin

FHN daha bir qanunsuz tikintinin qarşısını aldı

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Qarabaginfo.az xəbər verir ki, Agentliyin mütəxəssisləri tərəfindən Biləsuvar şəhərində vətəndaş Hüseynov Elçin Qədir oğlu tərəfindən müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

 


Geri dön