Ana Sayfa > Karusel / Gündəm > ABŞ Rusiyanın BMT-nin İnsan Haqları Şurasından kənarlaşdırılmasına çağırıb
ABŞ Rusiyanın BMT-nin İnsan Haqları Şurasından kənarlaşdırılmasına çağırıb4-04-2022, 18:40. Yazar: Admin |
ABŞ Rusiyanın BMT-nin İnsan Haqlar Şurasından kənarlaşdırılması ilə bağlı məsələ qaldıracaq. Qarabaginfo.az-ın CNN-ə istinadən xəbərinə görə, bu barədə ABŞ-ın təşkilatdakı səfiri Linda Tomas-Grinfild deyib. O, Rusiyanın şuradakı iştirakının “komediya” olduğunu bildirib. “Rusiyanın İnsan Haqları Şurasında iştirakı komediyadır. Bu, şuranın və BMT-nin etibarına böyük zərbə vurur. Bu yanlışdır və ona görə də biz inanırıq ki, BMT Baş Assambleyasında onun kənarlaşdırılması üçün səsvermənin vaxtıdır. Ukrayna, Avropa ölkələri və BMT-dəki digər tərəfdaşlarımızla birlikdə biz Rusiyanın BMT İnsan Haqları Şurasından kənarlaşdırılmasına çalışacağıq”, - səfir “Twitter“ hesabında qeyd edib. Geri dön |