Ana Sayfa > Karusel / Gündəm > Regional Təhsil İdarələrinin yaradılması prosesi yekunlaşmaq üzrədir
Regional Təhsil İdarələrinin yaradılması prosesi yekunlaşmaq üzrədir4-04-2022, 18:20. Yazar: Admin |
Regional Təhsil İdarəslərinin yaradılması ilə bağlı proses yekunlaşmaq üzrədir. Qarabaginfo.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən xəbər verilib. "Regional İdarələrin yaradılması ilə bağlı bir sıra işlər artıq bitmək üzrədir. Aprel ayının ilk 10 günündə bu haqda geniş açıqlama olacaq" - deyə məlumatda qeyd olunub. Xatırladaq ki, ötən il dekabrın 20-də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Təhsil Nazirliyinin aşağıdakı regional idarələri yaradılıb: - Sumqayıt şəhər, Abşeron, Xızı rayon təhsil şöbələrinin əsasında Abşeron – Xızı Regional Təhsil İdarəsi; - Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon təhsil şöbələrinin əsasında Dağlıq Şirvan Regional Təhsil İdarəsi; - Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayon təhsil şöbələrinin əsasında Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi; - Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında Qarabağ Regional Təhsil İdarəsi; - Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayon təhsil şöbələrinin əsasında Qazax – Tovuz Regional Təhsil İdarəsi; - Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon təhsil şöbələrinin əsasında Quba – Xaçmaz Regional Təhsil İdarəsi; - Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon təhsil şöbələrinin əsasında Lənkəran – Astara Regional Təhsil İdarəsi; - Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayon təhsil şöbələrinin əsasında Mərkəzi Aran Regional Təhsil İdarəsi; - Beyləqan, İmişli, Saatlı və Sabirabad rayon təhsil şöbələrinin əsasında Mil – Muğan Regional Təhsil İdarəsi; - Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayon təhsil şöbələrinin əsasında Şəki – Zaqatala Regional Təhsil İdarəsi; - Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayon təhsil şöbələrinin əsasında Şərqi Zəngəzur Regional Təhsil İdarəsi; - Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayon təhsil şöbələrinin əsasında Şirvan – Salyan Regional Təhsil İdarəsi. Geri dön |